Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

04 noyabr 2026 | 10:22
Suraxanıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Qaraçuxur qəsəbəsində təşkil olunan ağacəkmə aksiyasında 600 ədəd Eldar şamı, 300 ədəd zeytun ağacı əkilib, eləcə də onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Keçidlər