Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

04 noyabr 2025 | 09:34
Suraxanıda Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Qaya Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Dədə Qorqud yaşayış sahəsində təşkil olunan ağacəkmə aksiyasında 2000 ədəd Eldar şamı, sərv, zeytun və iydə ağacları əkilib, eləcə də onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Keçidlər