Noyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 104 №-li tam orta məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb
03 noyabr 2025 | 09:22
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir
Noyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 104 №-li tam orta məktəbdə Qaraçuxur qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı görüş zamanı çıxış edərək hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər günü münasibəti ilə təbrik edib, ölkəmizə sülh, xalqımıza firavanlıq arzulayıb. Adil Əliyev bildirib ki, bu möhtəşəm bayram xalqımızın tarixində qürur və şərəf dolu bir səhifədir. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə min illər boyu xalqımızın yaddaşında qalacaq və gələcək nəsillərə qürur mənbəyi olacaqdır.
Səyyar görüşdə sakinlər tərəfindən kanalizasiya xəttinin çəkilişi, su təchizatında yaranmış problemlərin aradan qaldırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı A.Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






