Noyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbində Bülbülə qəsəbə sakinləri ilə görüşüb
11 noyabr 2026 | 16:22
Suraxanıda Rayon İcra Hakimiyyətinin başçısının səyyar görüşləri davam edir
Noyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbində Bülbülə qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı görüş zamanı çıxış edərək bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün regionlarla yanaşı, Bakı şəhərinin rayonlarında da əhalinin rifah halının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib. Bu istiqamətdə qəbul olunan dövlət proqramları haqqında məlumat verən Adil Əliyev sakinləri proseslərdə fəallığa, icra orqanları ilə əməkdaşlığa və vətəndaş həmrəyliyinə çağırıb.
Səyyar görüşdə sakinlərin səsləndirdikləri müraciət və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.






