Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəbdə emosional zəka: uşaqların öz hisslərini tanıması” adlı tədbir keçirildi

18 mart 2026 | 09:45
Martın 18-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayonu Bülbülə Bələdiyyəsi “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 208 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Məktəbdə emosional zəka: uşaqların öz hisslərini tanıması” adlı tədbir təşkil olunub.
208 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, psixoloqlar, şəhid ailə üzvləri, eləcə də məktəbin müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mövzu ilə bağlı Suraxanı rayonu Bülbülə Bələdiyyəsi sədri Nəsib İsmayılov çıxış edərək uşaqların öz hisslərini tanımasının və emosional intellektə sahib olmasının, həm onların fərdi xoşbəxtliyinin, həm də sağlam cəmiyyətimizin təməli olduğunu vurğulayıb.
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi - uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Vəfa Qüdrətli çıxış edərək sağlam gələcək naminə məktəblərdə uşaqların emosional zəkasının inkişaf etdirməyin, onlara öz hisslərini idarə etməyi öyrətməyin hər birimizin mənəvi borcu olduğu qeyd edərək şagirdlərə lazimi tövsiyələrini verib.
Bülbülə bələdiyyəsinin üzvü, Qərbi Kaspi Universitetinin Psixologiya Sosial İş Kafedrasının müəlliməsi Günay Bağırova-Babazadənin və məktəbin direktoru Ləman Hacıyevanın mövzu ilə bağlı çıxışlarından sonra şagirdlərin təqdimatında səhnəcik və rəqs nümayiş olunub.
Keçidlər