Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 9-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində genişmiqyaslı ümumrayon iməciliyi keçirilib

09 may 2026 | 06:09
Mayın 9-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində genişmiqyaslı ümumrayon iməciliyi keçirilib.
Keçirilən iməcilik aksiyasının əsas məqsədi rayon ərazisində təmizlik və abadlıq işlərinin daha da gücləndirilməsi, ətraf mühitin qorunması, yaşayış məntəqələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması və yaşıllıq sahələrinə qulluq göstərilməsi olub.
İməcilik çərçivəsində rayonun qəsəbələrində məişət tullantıları daşınıb, yolkənarı ərazilər, park və istirahət guşələri abadlaşdırılıb, ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Eyni zamanda, qurumuş ağaclar budanıb, yaşıllıq zolaqları alaq otlarından təmizlənib və ərazilərdə geniş təmizlik işləri aparılıb.
Keçidlər