Mayın 21-də Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin hesabat konserti keçirilib
21 may 2026 | 15:55
Mayın 21-də Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin hesabat konserti keçirilib
Hesabat konsertində Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Mədəniyyət Baş İdarəsinin musiqi və incəsənət sektorunun müdiri Altun Rəcəbli, tam orta ümumtəhsil müəssisələrinin və musiqi məktəblərinin direktorları, valideynlər iştirak ediblər.
Konsertdə məktəbin istadadlı şagirdləri, “Şənlik” rəqs, nəfəsli alətlər, skripkaçılar, gənc aşıqlar, “Dan ulduzu” instrumental, xalq çalğı alətləri ansamblları çıxış ediblər. Çıxışlarda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nicat Məsimov balabanda ifası ilə hər kəsi duyğulandırıb.
Çıxış edən qonaqlar Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagird-müəllim kollektivinə öz minnətdarlıqlarını ifadə edərək uğurlar arzulayıblar.






