Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Əmircan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və A.Muradov adına 84 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Emosiyaların idarə edilməsi və aqressiyanın qarşısının alınması” adlı tədbir təşkil olunub

05 mart 2026 | 09:40
Martın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Əmircan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və A.Muradov adına 84 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Emosiyaların idarə edilməsi və aqressiyanın qarşısının alınması” adlı tədbir təşkil olunub.
A.Muradov adına 84 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, din xadimi, psixoloqlar, eləcə də məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əmircan Bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva qonaqları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mövzu ilə bağlı çıxış edən məktəbin direktoru Röya İslamova bildirib ki, tədbirin keçirilməsinin məqsədi şagirdlərə emosiyaların düzgün idarə edilməsi, stress və aqressiyanın səbəbləri barədə məlumat vermək, gündəlik həyatda tətbiq edilə biləcək effektiv üsulları öyrətməkdir.
Məktəbin şagirdlərinin təqdimatında mövzu ilə bağlı səhnəcik və videoçarx nümayiş olunduqdan sonra Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova çıxış edərək bildirib ki, öz emosiyalarını idarə etməyi bacaran gənclər cəmiyyətin sağlam və məsuliyyətli gələcəyinin formalaşmasında mühüm rol oynayır. O, şagirdlərə qarşılıqlı hörmət, empatiya və düzgün ünsiyyətin vacibliyini də vurğulayıb.
Tədbirdə çıxış edən “Loqos” təlim tədris şöbəsinin rəhbəri klinik-psixoloq Günel Axundova bildirib ki, emosional savadlılığın artırılması məktəb mühitində daha sağlam və anlayışlı münasibətlərin qurulmasına töhfə verir. O, şagirdləri çətin emosional vəziyyətlərdə tələsmədən düşünməyə, problemləri sakit ünsiyyət yolu ilə həll etməyə və bir-birinə qarşı anlayışlı olmağa çağırıb.
Əmircan Bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva çıxışında qeyd edib ki, gənclərin sağlam düşüncə tərzi ilə böyüməsi cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb edir.
Sonda Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov da mövzunun cəmiyyət üçün önəmindən danışaraq, gənclərin inkişafına və sağlam gələcəyinə yönəlmiş təşəbbüslərin hər zaman dəstəklənəcəyini diqqətə çatdırıb.
Keçidlər