Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 101 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən uzaq- sağlam həyat tərzinin formalaşdırılması” adlı tədbir təşkil olunub

13 mart 2026 | 12:25
Martın 13-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Suraxanı Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 101 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən uzaq- sağlam həyat tərzinin formalaşdırılması” adlı tədbir təşkil olunub.
101 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, psixoloqlar, şəhid ailə üzvləri, eləcə də məktəbin müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mövzu ilə bağlı Yeni Suraxanı Bələdiyyəsinin sədri Həqiqət Məmmədova çıxış edərək gənclərin zərərli vərdişlərdən uzaq durmasının, sağlam həyat tərzi sürməsinin və idmanla məşğul olmasının əhəmiyyətini vurğulayıb.
Suraxanı rayon İcra hakimiyyətinin başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun məsul katibi Asəf Əmrahov çıxış edərək zərərli vərdişlərin insan sağlamlığına və ailə münasibətlərinə mənfi təsirlərindən danışıb, onlara sağlam gələcək üçün düzgün seçimlər etməyin vacibliyi barədə tövsiyələr verib.
Suraxanı Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayevin və məktəbin psixoloqu Mətanət Rəhimovanın mövzu ilə bağlı çıxışlarından sonra şagirdlərin təqdimatında səhnəcik və videoçarx nümayiş olunub.
Keçidlər