Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Hövsan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Təhsildən yayınma: səbəblər və qarşısının alınması yolları” adlı tədbir təşkil olunub

12 mart 2026 | 12:31
Martın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Hövsan Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Təhsildən yayınma: səbəblər və qarşısının alınması yolları” adlı tədbir təşkil olunub.
S.S.Axundov adına 172 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova, monitorinq və əlaqələndirmə qrupunun üzvləri, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, bələdiyyə sədrləri, psixoloqlar, şəhid anaları, məktəb direktorları, müəllim, şagird və valideyn heyyəti iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Suraxanı rayon İcra hakimiyyəti başçısının müavini, RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Könül Axundova çıxışında təhsildən yayınma halları ilə bağlı risk qrupuna daxil olan ailələrlə profilaktik işlərin gücləndirilməsini əsas hədəf kimi qeyd edib və cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edən məqamları diqqətə çatdırıb. O, bildirib ki, təhsildən kənarda qalan hər bir uşaq gələcəkdə məişət zorakılığı və sosial risklərlə qarşılaşma ehtimalı ən yüksək olan fərddir. Bu səbəbdən də monitorinq qrupu tərəfindən şagirdlərin dərsə davamiyyəti ciddi şəkildə izlənir və bu istiqamətdə lazimi tədbirlər görülür.
Həmçinin, məktəbin direktoru Vəfa Bağırova, psixoloqu Nərgiz Mürvətli, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev, Hövsan Bələdiyyəsinin sədr müavini Faiq Məmmədov çıxış edərək bildiriblər ki, müzakirə olunan mövzu təkcə təhsil sisteminin deyil, birbaşa cəmiyyətimizin gələcəyini, mənəvi sağlamlığını və dövlətimizin milli təhlükəsizliyini maraqlandıran strateji bir məsələdir. Çıxışlarda uşaqların təhsildən kənarda qalmasının kökündə dayanan faktorlar sadalanaraq problemin həlli ilə bağlı fikirlər səsləndirilib və valideynlərə müvafiq tövsiyələr verilib.
Tədbirdə şagirdlərin təqdimatında mövzuya dair səhnəcik və videoçarx nümayiş olunub.
Keçidlər