Şriftin ölçüsü :

Saytın rəngi :

Martın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 275 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Məktəb mühitində psixoloji təhlükəsizlik” adlı tədbir təşkil olunub

10 mart 2026 | 14:52
Martın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qaraçuxur Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 275 saylı tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Məktəb mühitində psixoloji təhlükəsizlik” adlı tədbir təşkil olunub.
275 saylı tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Suraxanı rayon İcra hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, bələdiyyə sədrləri, psixoloqlar, eləcə də məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Mövzu ilə bağlı məktəbin direktoru Elnur Hüseynov çıxış edərək məktəbdə psixoloji təhlükəsizliyin əhəmiyyəti haqqında məlumat verib. O, məktəb mühitində psixoloji təhlükəsizliyin təmin olunmasının təhsilin keyfiyyətinə və şagirdlərin şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərdiyini diqqətə çatdırıb.
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sevinc Ağayeva çıxış edərək məktəbdə şagird - müəllim münasibətlərinə toxunub və bildirib ki, psixoloji cəhətdən sağlam məktəb mühiti yaratmaq müəllimlərin və valideynlərin birgə məsuliyyətidir.
Həmçinin, mövzu ilə bağlı Qaraçuxur Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın sədri Mirvari Quliyeva və məktəbin psixoloqu Səmra Bağıyevanın çıxışlarından sonra məktəbin şagirdlərinin təqdimatında səhnəcik və videoçarx nümayiş olunub.
Keçidlər