Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 23-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun növbəti iclasında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq və Əlaqələndirmə qrupunun sədri Könül Axundova iştirak edib

24 iyul 2026 | 09:27
İyulun 23-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun növbəti iclasında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq və Əlaqələndirmə qrupunun sədri Könül Axundova iştirak edib.
İclası giriş nitqi ilə Monitorinq və Əlaqələndirmə Qrupunun sədri Sədaqət Qəhrəmanova açaraq məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsinin, aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. O, yerli monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin daha da təkmilləşdirilməsinin, mövcud problemlərin vaxtında müəyyən edilərək həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
İclasda Ədliyyə Nazirliyinin İcra Xidmətinin Hüquqi Şəxslər və İnzibati Orqanlarla İş şöbəsinin rəisi Pərviz Əliyev, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Stasionar Sosial Xidmətlərin Təşkili Departamentinin müdiri Məftunə İsmayılova, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq və Əlaqələndirmə Qrupunun sədri Könül Həsənova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq və Əlaqələndirmə Qrupunun sədri Könül Axundova çıxış edərək müvafiq istiqamətlər üzrə görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Monitorinq və Əlaqələndirmə Qrupunun sədri Könül Axundova çıxışında rayon üzrə məişət zorakılığının qarşısının alınması istiqamətində 2026-cı ilin birinci yarımili ərzində həyata keçirilən tədbirlər, aidiyyəti qurumlarla qurulan əməkdaşlıq, maarifləndirmə işləri və Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, risk qrupuna daxil olan ailələrin vaxtında müəyyən edilməsi, müraciətlərə operativ reaksiya verilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və qurumlararası koordinasiyanın səmərəli təşkili məişət zorakılığı ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir.
İclas müzakirələrlə davam edib, iştirakçıların rəy və təklifləri dinlənilib, yerli monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qarşıdakı dövr üçün görüləcək işlər və prioritet istiqamətlər müəyyənləşdirilib.
Keçidlər