İyulun 22-də RİH başçısı Adil Əliyev 76 nömrəli tam orta ümumtəhsil məktəbdə Hövsan qəsəbə sakinləri ilə görüşüb
22 iyul 2026 | 16:29
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv araşdırılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Suraxanı rayonunda Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşləri davam etdirilir.
İyulun 22-də RİH başçısı Adil Əliyev 76 nömrəli tam orta ümumtəhsil məktəbdə Hövsan qəsəbə sakinləri ilə görüşüb.
Görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Sakinləri dinləyən RİH başçısı Adil Əliyev məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






