İyulun 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin növbəti səyyar görüşü Qaraçuxur qəsəbəsində keçirildi
02 iyul 2025 | 18:33
İyulun 2-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində 279 saylı tam orta məktəbdə keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı çıxış edərək bildirib ki, bu gün regionda gərginliyin artdığı bir dövrdə Prezident cənab İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və tam dəstəklənir. O, həmçinin qeyd edib ki, ölkəmizin qazandığı ədalətli qələbə regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.






