Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü keçirilib

16 iyul 2025 | 12:00
Suraxanıda səyyar görüşlər davam edir
İyulun 16-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Bülbülə qəsəbəsi, Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasının dayandığını qeyd edən Rayon İcra hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərin qaldırdıqları problemlərin, onları narahat edən sosial məsələlərin həlli daim nəzarətdə saxlanılır.
RİH başçısı sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
Keçidlər