Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 24-də Suraxanı Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil olunub

24 fevral 2026 | 09:24
Fevralın 24-də Suraxanı Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunan təlimdə Rayon İcra Hakimiyyəti başçısının müavini, etik müvəkkil Könül Axundova çıxış edərək bildirib ki, dövlət qulluqçusunun fəaliyyəti yalnız qanunların icrası ilə məhdudlaşmır, dövlət qulluqçuları eyni zamanda cəmiyyət qarşısında yüksək mənəvi məsuliyyət daşıyır. O, vətəndaşların dövlətə olan etimadının birbaşa dövlət qulluqçularının davranışından, ünsiyyət mədəniyyətindən və qərarlarının obyektivliyindən asılı olduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda ətraflı çıxış edib.
Təlim zamanı E.Abbasov təlim iştirakçılarına dövlət qulluqçularının etik davranış qaydalarını tənzimləyən qanunvericilik aktları, korrupsiya hüquqpozmaları və onlara qarşı mübarizənin xarakterik xüsusiyyətləri barədə məlumat verib, praktiki nümunələri dinləyicilərin diqqətinə çatdırıb.
İnteraktiv təşkil olunan təlimdə dövlət qulluqçularının sualları cavablandırılıb.
Keçidlər