Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı rayonunda ahıllar ziyarət olunub.

01 oktyabr 2026 | 14:42
Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı rayonunda ahıllar ziyarət olunub
1 Oktyabr — Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nin müavini Könül Axundova, eləcə də bələdiyyələrdə yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın üzvləri rayon ərazisində yaşayan ahılları ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ziyarətlər zamanı ahıllarla səmimi söhbətlər aparıb, onların səhhəti, sosial rifahı və gündəlik qayğıları ilə maraqlanıb. O, yaşlı nəslin nümayəndələrinə möhkəm cansağlığı və uzun ömür arzulayıb.
Görüşlərdə ahıllara diqqət və qayğının göstərilməsi, onların həyat təcrübəsinin və mənəvi irsinin gələcək nəsillərə ötürülməsi, ailədə və cəmiyyətdə yaşlı insanlara hörmətin qorunmasının əhəmiyyəti vurğulanıb. Nəsillər arasında qarşılıqlı anlaşmanın və ailə bağlarının möhkəmləndirilməsinin sağlam mənəvi mühitin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.
Ziyarət olunan ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətlərin əsas məqsədi ahıllara qayğının artırılması, onların sosial vəziyyətinə və gündəlik ehtiyaclarına diqqətin yönəldilməsi, cəmiyyətdə yaşlı nəslə hörmət və ehtiramın təşviq edilməsidir.
Keçidlər