BEOC-un yeni inkişaf və transformasiya mərhələsi “Bahar Fest”lə qeyd olundu
24 iyun 2026 | 11:10
BEOC-un yeni inkişaf və transformasiya mərhələsi “Bahar Fest”lə qeyd olundu.
BEOC-da keçirilən “Bahar Fest” festivalı müəssisənin yenilənmə və transformasiya prosesini yalnız istehsalat göstəriciləri ilə deyil, həm də komanda ruhu və korporativ dəyərlər prizmasından nümayiş etdirdi.
Festivalın rəsmi hissəsində BEOC-da həyata keçirilən transformasiya prosesləri, istehsalat əməliyyatları, texnoloji yanaşmalar və əməkdaşların rifahına yönəlmiş təşəbbüslər təqdim olundu.
SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov və Ziba Mustafayevanın, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin çıxışlarından sonra əməkdaşların mükafatlandırılması həyata keçirildi.
Daha sonra tədbir maraqlı interaktiv fəaliyyətlər, musiqi proqramları və komanda ruhunu gücləndirən müxtəlif oyunlarla davam etdi.
BEOC SOCAR-ın dayanıqlı inkişaf və əməliyyat mükəmməlliyi strategiyasına uyğun olaraq səmərəlilik, insan kapitalının inkişafı və korporativ mədəniyyət üzrə yenilənmə prosesini uğurla davam etdirir.
“Bahar Fest” bu transformasiyanın ruhunu əks etdirən, birlik və inkişafı bir araya gətirən xüsusi bir gün kimi yadda qaldı.






