Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 8-də Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən genişmiqyaslı ümumrayon iməciliyi təşkil olunub

08 avqust 2026 | 15:41
Avqustun 8-də Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən genişmiqyaslı ümumrayon iməciliyi təşkil olunub.
Keçirilən iməcilik aksiyasının əsas məqsədi rayon ərazisində təmizlik və abadlıq işlərinin daha da gücləndirilməsi, ətraf mühitin qorunması, yaşayış məntəqələrinin sanitar vəziyyətinin yaxşılaşdırılması və yaşıllıq sahələrinə qulluq göstərilməsi olub.
İməcilik çərçivəsində rayonun qəsəbələrində məişət tullantıları daşınıb, yolkənarı ərazilər, park və istirahət guşələri abadlaşdırılıb, ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Eyni zamanda, yaşıllıq zolaqları alaq otlarından təmizlənib, suvarılıb və ərazilərdə geniş təmizlik işləri aparılıb.
Keçidlər