Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Əmircan qəsəbəsində yerləşən 154 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib

28 avqust 2025 | 16:54
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib
Avqustun 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Əmircan qəsəbəsində yerləşən 154 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin apardığı siyasət nəticəsində Azərbaycanın bu gün dünya miqyasında çox güclü mövqelərə sahib olduğunu vurğulayaraq bildirib ki, ölkəmizin durmadan artan nüfuzu və iqtisadi qüdrəti dünya dövlətlərini ölkəmizlə hesablaşmağa vadar edir. O, qeyd edib ki, bu gün Azərbaycan düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Həmçinin, ölkəmizdə uğurlu sosial islahatların davamlı xarakter aldığını bildirən RİH başçısı əhalinin maddi vəziyyətinin, həyat şəraitinin yaxşılaşmasına, rifah halının yüksəlməsinə xidmət edən dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.
Səyyar görüşdə kanalizasiya xəttinin çəkilişi, küçələrin asfaltlanması, fərdi yaşayış evinin təmir olunması, abadlıq işlərinin aparılması və s. problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş və məsələlər nəzarətə götürülmüşdür.
Keçidlər