Avqustun 21-də Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
21 avqust 2025 | 13:20
Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Suraxanı Rayon Gənclər evində təşkil olunub.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, Suraxanı rayon üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırov, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları ilə bağlı ətraflı məlumat veriblər.






