Aprelin 14-də Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib
14 aprel 2026 | 10:00
Suraxanıda növbəti qanvermə aksiyası keçirilib
Aprelin 14-də Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyəti və Suraxanı Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə Suraxanı Tibb Mərkəzində təşkil olunan aksiyada Respublika Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirib.
400-dən artıq rayon sakinlərinin cəlb olunduğu qanvermə aksiyasında 150-dən çox donordan qan götürülüb.
Artıq ənənə halını almış bu humanist aksiyada iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk.






