Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailədə dəyərlərin formalaşdırılması və sosial həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilimişdir

29 oktyabr 2026 | 10:38
“Ailədə dəyərlərin formalaşdırılması və sosial həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Zığ Bələdiyyəsində yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın və 315 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Ailədə dəyərlərin formalaşdırılması və sosial həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Suraxanı RİHB-i yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun üzvləri, şəhid ailələri, bələdiyyə sədrləri, Rayon Polis İdarəsinin əməkdaşı, eləcə də məktəbin direktoru, müəllim və şagird heyyəti iştirak ediblər.
Tədbirin əsas məqsədi milli-mənəvi və ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətdə sosial həmrəyliyin təşviqi, sağlam ailə münasibətlərinin formalaşdırılması, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Keçidlər