Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirirlən I Ailə Forumunda Suraxanı rayonunun da nümunəvi ailələri iştirak ediblər

22 oktyabr 2026 | 10:35
📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirirlən I Ailə Forumunda Suraxanı rayonunun da nümunəvi ailələri iştirak ediblər.
🔹21 oktyabr 2026-cı il tarixində keçirilən forumun məqsədi gənc ailələrin müasir sosial və rəqəmsal dəyişikliklər fonunda qarşılaşdığı yeni reallıqları dövlət, ekspert icması və ailələrin iştirakı ilə müzakirə etmək, ailə siyasətində ailəni yalnız dəstək alan tərəf deyil, qərarların və həllərin formalaşmasında tərəfdaş kimi təşviq etməkdir.
🔹Forumun rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pantomim Teatrının aktyorları tərəfindən rəqəmsal dövrdə insan münasibətlərinin və ailə dəyərlərinin qorunmasını əks etdirən bədii kompozisiya təqdim olunub.
🔹Forum altı istiqamət üzrə panel müzakirələri ilə davam edib.
Keçidlər