8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Suraxanı rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir
31 oktyabr 2025 | 12:59
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Suraxanı rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
279 və 282 saylı tam orta məktəblərdə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər Günü böyük milli qürur duyğusu ilə qeyd edilib.






