31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sakinlərini ziyarət ediblər
30 dekabr 2025 | 14:12
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri "Azərbaycan Uşaqları" İctimai Birliyinin nəzdində 2007-ci ildən fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sakinlərini ziyarət ediblər.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, qonaqları binada yaradılmış şərait ilə tanış edib.
K.Ağazadə qeyd edib ki, mərkəzdə həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb.






