Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım Günü ilə əlaqədar Suraxanı Rayon Heydər Əliyev Mərkəzində və rayonun bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilib

27 sentyabr 2025 | 09:39
27 Sentyabr – Anım Günü ilə əlaqədar Suraxanı Rayon Heydər Əliyev Mərkəzində və rayonun bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilib.
Rayon İcra Hakimiyyətinin nümayəndələri Suraxanı Rayon Heydər Əliyev Mərkəzində, 84, 232, 275 və 278 saylı tam orta məktəblərdə təşkil olunan tədbirlərdə iştirak ediblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Silahlı Qüvvələrimizin peşəkarlığının, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrilib.
Keçidlər