21 Fevral – Beynəlxalq Ana dili günü münasibətilə Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirilib
21 fevral 2026 | 11:41
21 Fevral – Beynəlxalq Ana dili günü münasibətilə Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirilib
Tədbirdə YAP Suraxanı Rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbimizin məzunu Ülviyyə Mehralıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam, dünyada ilk dəfə Quranı ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Neft-energetika kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, şəhid anaları, ziyalılar, rayonun tanınmış ictimaiyyət nümayəndələri, media işçiləri iştirak ediblər.
Öncə təşkil olunmuş sərgidə gənc rəssamların çəkdiyi əsərlər, şux rəqslər, Azərbaycan idmanına töhfələr verən, müxtəlif medallarla təltif olunan gənc idmançıların çıxışları, eləcə də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar nümayiş olunub.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana dili Günü haqqında məlumat verərək, bu günün Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırıb.
Həmçinin, tədbirin aparıcısı, ana dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova çıxışında ana dilimizin müqəddəs və dəyərli olduğunu bildirib.
Ədəbi-bədi gecədə Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizlə bağlı çıxışları alqışlarla qarşılanıb. Şagirdlərin hazırladıqları mahnılar, şeir çələngi, tarixi şəxsiyyətlərimizdən - Ş.İ.Xətainin, M.Füzulinin, İ.Nəsiminin, X.Natəvanın dili ilə səsləndirilməsi tədbirə xoş ovqat bəxş edib.
Tədbirdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, şəhid Qəhrəmanov Orxanın anası Arzu Qəhrəmanova, Odlar yurdu Universitetinin filologiya və Humanitar fənlər kafedrasının dosenti, məktəbin məzunu Ülviyyə Mehralıyeva, uzun illər direktor kimi çalışmış Ceyran Novruzova çıxış edərək dünya dilləri içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən danışaraq, gənclərə milli qürumuz olan ana dilimizə həmişə dəyər verərək onu qorumağı tövsiyə ediblər.






