Şriftin ölçüsü :

Saytın rəngi :

15 May – “Beynəlxalq Ailə Günü” münasibətilə Suraxanı rayonunda nümunəvi ailələr ziyarət olunub

15 may 2026 | 09:48
15 May – “Beynəlxalq Ailə Günü” münasibətilə Suraxanı rayonunda nümunəvi ailələr ziyarət olunub
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun və bələdiyyələrdə yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiya”nın üzvlərinin iştirakı ilə keçirilən görüşlər zamanı ailə dəyərlərinin cəmiyyətdə mühüm rolu, sağlam ailə münasibətlərinin formalaşdırılması, qarşılıqlı hörmət və qayğının əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, ailə institutunun möhkəmləndirilməsi, ailələrdə sağlam mənəvi mühitin qorunması və məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsi xüsusi önəm daşıyır.
Ziyarət olunan ailələrlə səmimi söhbətlər aparılıb, onların sosial rifahı və gündəlik qayğıları ilə maraqlanılıb. Ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ziyarətlərin əsas məqsədi ailə dəyərlərinin təbliği, nümunəvi ailələrin ictimaiyyətə tanıdılması və cəmiyyətdə sağlam ailə münasibətlərinin təşviq edilməsidir.
Keçidlər