“1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil olunub
01 iyun 2026 | 09:45
“1 İyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, müavini Könül Axundova, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov, Agentliyin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Nicat Abasbəyli, Sosial Xidmətlər Agentliyinin Sosial Ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi filialın müdiri Raqif Zamanov iştirak ediblər.
Bayram proqramında uşaqlar üçün müxtəlif əyləncəli çıxışlar, musiqi nömrələri və interaktiv oyunlar təşkil olunub. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının göstərilməsi, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, eləcə də bayram sevincinin paylaşılması olub.
Çıxışı zamanı Adil Əliyev uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək bildirib ki, dövlət tərəfindən uşaqların rifahının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi daim diqqət mərkəzində saxlanılır. O, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və həssas münasibətin cəmiyyətin humanist dəyərlərinin göstəricisi olduğunu vurğulayıb.






