Şriftin ölçüsü :

Saytın rəngi :

Sərəncam

“Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi 

ilə Komissiyanın yaradılması haqqında”

Suraxanı rayonu İcra Hakimiyyəti başçısının

S Ə R Ə N C A M I

  “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 171 saylı 30 may 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3, 2.4-cü və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin  6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.

1.1 Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:

Komissiyanın sədri:
Rəşad Hacıyev                   - Rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Komissiyanın üzvləri:
Xanoğlan Allahverdiyev      - RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Fikrət Məmmədov               - RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Afaq Qədimova                   - RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Arif Babayev                       - Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri
İxdiyar Nəcəfov                   - Qaraçuxur Bələdiyyəsinin sədri
İlyas Rzayev                       - “Uğurlu yol” qəzetinin müxbiri
Eldar Rüstəmov                  - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri
Adil Quliyev                         - Dövlət İdarələri İctimai Xidmət Sahələri Həmkarlar İttifaqı Suraxanı rayon təşkilatının sədri

2. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.5-ci maddəsinə əsasən Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibi 9 nəfər müəyyən edilsin.
3. Seçki komissiyasına tapşırılsın ki, Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (www.surakhani-ih.gov.az), “Uğurlu yol” qəzetində, Rayon İcra Hakimiyyətinin məlumat lövhəsində və digər müvafiq yerlərdə İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
4. Komissiyaya tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq seçkilərin həmin əsasnamənin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin və 20 gün müddətinə başa çatdırsın.
5. Sərəncamın surətinin lazımi ünvanlara çatdırılması aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən təmin edilsin.
6. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əziz Əzizov

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı

№ 121, 18 sentyabr 2020-ci il.

Keçidlər