Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

-2003-2019-cu illər ərzində Suraxanı rayonunda 26 ədəd istilik qazanxanası tikilmiş, 58,8 min p.m. istilik, 1 229,5 min p.m. qaz, 332,9 min p.m. su, 118,4 min p.m., kanalizasiya xətti çəkilmiş, 2 ədəd 10,0 min kub.m. tutumlu və 2 ədəd 1,0 min kub.m. tutumlu su anbarı tikilmişdir. Görülmüş işlər nəticəsində rayon əhalisinin 58 %-i qrafiklə, 42 %-i fasiləsiz su ilə, 98,0 %-i təbii qaz ilə, 100,0 %-i elektrik enerjisi ilə təmin olunur. Rayonda məhəllədaxili ərazilərə, küçə və yollara 3687,5 min kv.m. asfalt örtüyü salınmış, eləcə də 6 882.0 kv.m yeni səki daşlarının qoyulması işi yerinə yetirilmişdir.

Suraxanı rayonunda bu illər ərzində Heydər Əliyev Mərkəzi yaradılmış, Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon təşkilatının yeni inzibati binaları tikilmiş, Heydər Əliyev Parkı salınmış, parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa və yenidənqurma işləri aparılmış, məbəd və məbədətrafı ərazilər abadlaşdırılmışdır.
14 yeni mədəniyyət və istirahət parkı salınmış, 16 mövcud park yenidən qurulmuş, Rayon Gənclər evi tikilmiş, 37 saylı uşaq musiqi məktəbi əsaslı təmir olunmuş, Səttar Bəhlulzadə adına mədəniyyət sarayının dam örtüyü dəyişdirilmiş və fasad hissəsi təmir olunmuş, 8 mart, Mirzağa Əliyev adına və Zığ mədəniyyət evləri təmir olunmuşdur.
Qaraçuxur qəsəbəsində “Neftçilər” parkı rayonun daxili imkanları hesabına yenidən qurulmuş, 18.04.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olmuşdur.
5920 şagird yerlik 7 yeni məktəb binası və 14 məktəb üçün 7340 şagird yerlik 17 yeni əlavə tədris korpusu tikilmiş, 24 məktəbin binası əsaslı təmir olunmuşdur.
50 gəlişli 1 sağlamlıq mərkəzi və 50 gəlişli 1 poliklinika, 30 gəlişli 1 tibb məntəqəsi, 120 gəlişli 1 uşaq poliklinikası, Tibbi Bərpa Mərkəzi, Rayon Baytarlıq Şöbəsi üçün inzibati bina tikilmiş, 55 çarpayılıq 1 doğum evi,  4 xəstəxana və 2 poliklinika əsaslı təmir edilmiş, 6 saylı Xüsusiləşmiş Vərəm Xəstəxanası yenidən qurulmuşdur.
Hər birində 120 yer olan 2 uşaq bağçası, Xüsusi qayğıya ehtiyacı olan uşaqların Dövlət Reabilitasiya Müəssisəsi tikilmiş, 2 saylı Uşaq evi əsaslı təmir edilmiş və onun üçün 200 nəfərlik müasir yeməkxana tikilmiş, 2890 yerlik 18 uşaq bağçası əsaslı təmir edilmişdir.
Hövsan Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, 2 yeni mini-futbol meydançası, bir idman kompleksi tikilmiş, “Qarabağ” futbol klubunun stadionu, bir mini-futbol meydançası yenidən qurulmuş, 21 idman meydançası salınmışdır.
Əmircan qəsəbəsi, Səməd Mənsur adına mədəniyyət evi təmir edilmiş, Rayon Məhkəməsinin yeni inzibati binasında və Elxan Həsənov küçəsində yerləşən uşaq bağçasında tikinti işləri davam etdirilmişdir.
FHN-nin Akademiyası və İdman-Sağlamlıq Mərkəzi, Dövlət Sosial Müdafiə Fondunun və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbələri üçün yeni inzibati binalar, “Buta Palace” sarayı və “Baku Expo Centre” Sərgi Mərkəzi, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci və 32 saylı Suraxanı üçüncü Dairə Seçki Komissiyaları üçün yeni inzibati binalar tikilmişdir. 
Beton Məmulatları Zavodu və Yeni Bakı süd zavodu, Bakı Taxıl Terminalı, “BakuBus” MMC-nin avtobus deposu və təlim mərkəzi, “Akkord” Şirkətlər Qrupunun qarajı və “Akkord Prefabrik” MMC,  “ATEF Şirkətlər Qrupu” MMC-nin metal konstruksiya, iri qabaritli transformatorlar, yüksək gərginlikli avadanlıqlar zavodları, Suraxanı Günəş Elektrik Stansiyası, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental təcrübə-sınaq işləri bazası, “PANO” ASC-nin İstehsalat Müəssisəsi tikilmiş, Hövsan Aerasiya stansiyası və “Dalğa” Elmi-İstehsalat müəssisəsi yenidən qurulmuşdur.
Poçt şöbələri üçün 14 bina, ATS üçün 7 bina, Rayon Polis İdarəsinin, Rayon Mühafizə Polisinin və Nəqliyyatda Baş Polis İdarəsinin yeni inzibati binaları, Polis bölmələrinin sahə müvəkkiləri üçün 3 bina tikilmişdir.
10 ədəd 5 mərtəbəli 576 mənzilli, 1 ədəd 9 mərtəbəli 90 mənzilli, 2 ədəd 12 mərtəbəli 164 mənzilli, 4 ədəd 16 mərtəbəli, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 ədəd 9 mərtəbəli hər biri 81 mənzilli və 1 ədəd 5 mərtəbəli 36 mənzilli yaşayış binaları istifadəyə verilmişdir.
Zığ qəsəbəsində qəzalı vəziyyətə düşən yaşayış binasının əvəzinə 5 mərtəbəli, 25 mənzilli yeni yaşayış binası tikilmiş, dövlət mənzil fonduna aid olan çoxmənzilli yaşayış binalarında 23 ədəd sərnişin lifti dəyişdirilmiş, 363 ədəd lift əsaslı təmir olunmuş, 15 ədəd yanğına qarşı su hovuzu tikilmişdir.
178 yaşayış məhəlləsi abadlaşdırılmış, o cümlədən İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Bizim Həyət” adlı layihə çərçivəsində 27.12.2018-ci il tarixdə Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15, 15A, 15B və 15V saylı yaşayış binalarının həyətində abad məhəllənin açılışı olmuş, həyətdə “Veteranlar guşəsi” tikilərək, lazımi mebel və stolüstü oyun dəstləri ilə təchiz edilmiş, 4 ədəd söhbətgah, 20 ədəd oturacaq, mini-futbol və  trenajor meydançaları, xüsusi idman qurğuları meydançası quraşdırılmış, uşaqlar üçün meydançada əyləncə atraksionları quraşdırılmışdır. Ötən ilin 27 dekabr tarixində İDEA İctimai Birliyinin icraçı direktoru və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə sözügedən layihənin açılış mərasimi keçirilmiş və “Bizim məhəllə” adlı abad həyət sakinlərin istifadəsinə verilmişdir.
2019-cu ilin fevral ayının 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə həmin kampaniya çərçivəsində  Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında ağacəkmə aksiyası keçirilmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin və rayon gənclərinin iştirak etdiyi aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə 613 ağac əkilmişdir.
Yeni Suraxanı qəsəbəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinə həsr edilmiş “14 İyul” xatirə kompleksi tikilmiş, 9 yerdə "Veteranlar guşəsi", xeyir-şər mərasimlərinin keçirilməsi üçün 10 ictimai mərasim evi tikilmiş, 2-si əsaslı təmir edilmiş, 19 şəhid xatirə kompleksi tikilmiş və ya yenidən qurulmuş, 62 şəhidin xatirəsi əbədiləşdirilmişdir.
Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev muzeyi təmir edilmiş, Səttar Bəhlulzadənin 100 illiyi və Xalq şairi Tofiq Bayramın anadan olmasının 75 illiyi münasibəti ilə məzarüstü abidələri və ətrafı abadlaşdırılaraq yenidən qurulmuşdur.
26 ədəd istilik qazanxanası tikilmiş, 53,3 min p.m istilik, 260,4 min p.m su, 99,7 min p.m kanalizasiya xətti çəkilmiş, 2 ədəd 10,0 min kub.m. tutumlu və 2 ədəd 1,0 min kub.m. tutumlu su anbarı tikilmiş, rayon əhalisinin 57%-i qrafiklə, 40%-i fasiləsiz su ilə təmin olunur. 1205,6 km qaz xətti çəkilmiş, rayon əhalisinin 98,0 % təbii qazla təmin olunur. 300,0 km. elektrik hava xətləri və 1629,0 km. elektrik kabel xətləri çəkilmiş, 138 ədəd KTM tikilmiş, 241 ədəd KTM quraşdırılmış və ya əsaslı təmir edilmiş, 124 ədəd transformator quraşdırılmış, rayon əhalisinin 100,0%-i elektrik enerjisi ilə təmin olunur. Rayon ərazisində məhəllədaxili ərazilərə, küçə və yollara 3122,3 min kv.m. asfalt örtüyü salınmışdır.
Ümumi uzunluğu 20,0 km., Suraxanı rayonu ərazisindən keçən hissəsi 17,0 km. olan Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolu inşa edilmiş, Suraxanı rayonu ərazisindən keçən hissəsi 8,0 km. olan Heydər Əliyev prospekti müasir standartlara uyğun yenidən qurulmuş, həmin yolların kənarlarında abadlıq işləri aparılmış, dekorativ səsqoruyucu divarlar, hasarlar, saat qüllələri inşa edilmiş, parklar, yaşıllıqlar salınmışdır. Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 8,0 km.-lik hissəsi əsaslı yenidən qurulmuş, yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə piyadalar üçün yeni səkilər tikilmiş, səth və qrunt sularının ötürülməsi üçün drenaj boruları qoyulmuş, köhnə Bakı-Aeroport yolundan “Şuşa” köçkün şəhərciyinə gedən, uzunluğu 1,4 km. olan yol və Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsinin 2,0 km. hissəsi əsaslı təmir olunaraq asfaltlanmışdır.
Əmircan qəsəbəsində “Bizim market”, “Araz”, “Ballı”, “Bazar store” və “Ekonom”, Bülbülə qəsəbəsində “Bizim market”, “Araz”, Qaraçuxur qəsəbəsində “Araz”, “Xəzər” və “Ballı”, Hövsan qəsəbəsində “Araz” və “Ballı” adlı iri ticarət mərkəzləri açılmışdır. 
Zığ və Bülbülə göllərinin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, göllərin ətrafı məişət tullantılarından təmizlənmiş, oraya məişət və digər tullantıların atılmasının qarşısının alınmasına nəzarət gücləndirilmişdir.
“DOST İŞ Mərkəzi” MMC tərəfindən ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda 846 nəfər işçi ilə əmək müqaviləsi 2021-ci ildə rayon üzrə 846 nəfər işsiz vətəndaşın “DOST İŞ Mərkəzi” MMC tərəfindən ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda 846 nəfər işçi ilə əmək müqaviləsi qüvvədədir. Onlardan 9 nəfəri Vətən müharibəsində oğluşəhid olan, 7 nəfəri isə Vətənin müdafiəsinin iştirakçılarının  ailəüzvüdür.
Azərbaycan Respublikası Prеzidеntinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07.04.2016-cı il tarixli  1941 nömrəli Sərəncamının icrası ilə əlaqədar Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran kimi qeydiyyatda olan vətəndaşların biznes ideyaları və anketləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, onlar rayon Gənclər evində təlim kurslarına cəlb edilmiş, 2017-2018-ci illər ərzində həmin proqram çərçivəsində işaxtaran kimi qeydiyyatda olan 151 vətəndaş təlimlərə cəlb edilmiş, onlardan 82 nəfəri aktivlərlə təmin edilmiş, 2019-cu il ərzində həmin proqram əsasında 236 nəfər işsiz vətəndaş təlimlərə cəlb edilmiş, onlardan 169 nəfəri aktivlərlə təmin edilmiş, 2020-ci il ərzində işaxtaran kimi qeydiyyatda olan 93 nəfərdən 82 nəfər qiymətləndirmədən keçmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ilin avqust və noyabr aylarında rayonda məskunlaşmış 62 məcburi köçkün ailəsi onlar üçün tikilmiş binalara köçürülmüşdür (Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi ev 1 ünvandakı yataqxanada məskunlaşmış 33, Yeni Günəşli “AB” yaşayış sahəsi 25 saylı yataqxanadan 1, Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi ev 72 ünvandakı yaşayış binasından 8 və Qaraçuxur qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ev 15 ünvandakı yaşayış binasının zirzəmisindən 20 məcburi köçkün ailəsi).
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin müasir texniki avadanlıqlarla  təchiz  edilmiş  xüsusi avtobusları vasitəsilə 2019-cu ilin fevral-mart aylarında Hövsan və Zığ qəsəbələrində 1363 nəfər vətəndaşa  səyyar formada “ASAN xidmət” göstərilmişdir.
Digər tikinti şirkətləri tərəfindən rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK tərəfindən 1254 mənzilli 9 ədəd, Zığ qəsəbəsində “Şahinlər” MMC tərəfindən 1050 mənzilli 15 ədəd, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK tərəfindən 340 mənzilli 1 ədəd, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən 210 mənzilli 3 ədəd, Yeni Günəşli “V” yaşayış sahəsində “İB.İN.M-İNŞAAT” MTK tərəfindən 375 mənzilli 3 ədəd, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 6 ünvanda “Neftçi” MTK tərəfindən 96 mənzilli 1 ədəd çoxmərtəbəli yaşayış binalarının inşası, Hövsan qəsəbəsində “Xəyal Adası” yaşayış kompleksinin salınması işləri davam etdirilmişdir.
Nazirlər Kabinetinin 136s №-li 22.02.2017-ci il tarixli Sərəncamı ilə Hövsan qəsəbəsinin qərb hissəsində 20,0 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin sərəncamına verilmiş, həmin ərazidə 3002 mənzilli, 12000 nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli 11 binadan ibarət yaşayış kompleksinin, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və poliklinikanın tikintisi nəzərdə tutulmuş, MİDA-nın ikinci layihəsi olan və 2017-ci ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən təməli qoyulan Hövsan Yaşayış Kompleksində tikinti işlərinin birinci mərhələsi başa çatdırılmışdır. 24.03.2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Hövsan yaşayış kompleksinin açılışında iştirak etmişdir.

Keçidlər