Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESSO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix - memarlıq qoruğunun özünəməxsus yeri var.
“Atəşgah” XVII - XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir.
Bu alovlar hələ çox qədim zamanlardan məlum idi, insanlar onlara ehtiramla yanaşırdılar. İndiki ibadətgah da vaxtı ilə dini buralarda hakim olmuş atəşpərəstlərin - zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir.  Bu məbədin ilk tikilişi təqribən II-III əsrlərə aiddir.
Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix – Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Od məbədi olan «Atəşgah» Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. Məddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məhşur alim və səyyahlar qalmışlar. «Atəşgah» məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cu il tarixli, 3 saylı qərarı ilə yaranmışdır. 19 dekabr 2007-ci ilə qədər Atəşgah məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilmişdir.
Aparılan işlər nəticəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulmuşdur.
2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır.
Beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
29 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycanın neft və qaz sənayesinin inkişafı tarixi bilavasitə Suraxanı neft yatağının adı ilə bağlıdır. Dünyada quruda ilk dəfə Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsinə (1904-cü il) başlanmaılmışdır. Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsin 90-illiyi münasibəti ilə (24 avqust 1994-cu il) Suraxanı neftçilərinin mədəniyyət sarayında keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan xalqının  Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev öz çıxışında qeyd etmişdir:
"Suraxanı neft yataqlarının istismarı bu 90 il müddətində xalqımıza, respublikamıza, müstəqil Azərbaycan dövlətinə böyük fayda vermişdir. Azərbaycan sənayesinin, bütün iqtisadiyyatının və sosial həyatının inkişafında Suraxanı neftçilərinin böyük payı, rolu var. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Doğrudan da, Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycan tarixində özünəməxsus yer tutmuşlar".
Suraxanı neft rayonunun inkişafı çox qədim zamanlara təsadüf edir. VII əsrin məhşur ərəb səyyahı və coğrafı Əl Məsudi qeyd edirdi ki, Bakıda iki əsas neft mənbəyi var, onlardan birindən ağ neft, digərlərindən isə qara və mavi neft çıxarılır.
Abşeron yarımadasında yerdən çıxan qazın yanması haqda ilk məlumatı Bizans müəllifi Panili Prisk hələ V əsrdə vermişdir.
1806-cı ildən başlayaraq Abşeronun neftli quyuları gəlir mənbəyinə çevrilir, dövlət onları icarədarlara satmağa başlayır. 1907-ci ildə Suraxanıda 32 quyu, 1908-ci ildə – 57 quyu, 1909-cu ildə – 85 quyu, 1910-cu ildə artıq 137 quyu qazılmışdır.
Hal-hazırda rayonda xam neftin istehsalı (qaz kondensatı da daxil olmaqla) – 267,0 min ton, təbii qazın istehsalı - 236,1 milyon kub.m. təşkil edir. (2018-ci il).

Keçidlər