Şriftin ölçüsü :

Saytın rəngi :

Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Suraxanı rayonunda mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir.

14 iyun 2020 | 16:00

Suraxanı rayonunun ərazisində istirahət parklarında və yol kənarlarındakı mövcud yaşıllıqların qorunmasına, onlara qulluq edilməsinə xüsusi diqqət göstərilərək yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir. Xüsusi karantin günlərində də havanın kəskin isti keçməsi ilə əlaqədar qazon, gül və bəzək kolları, ağaclar suvarılmışdır.

 

Keçidlər