Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon sakinlərinin sosial problemlərinin həlli daim nəzarətdə saxlanılır.

10 iyun 2020 | 16:00

09.06.2020-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinlərinin yaşadıqları ərazidə su verilişində fasilələrin yaranmasına dair müraciətləri ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə görüşərək, onları dinləmiş və problemləri ilə maraqlanmışdır.
Yay mövsümünün başlanması ilə əlaqədar içməli suya olan tələbatın artması səbəbindən sözügedən ərazidə suyun verilişində fasilələr yaransa da məsələnin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Qeyd edək ki, dövlətimizin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakıda və regionlarda reallaşdırılan mühüm layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olub. Suraxanı rayonunda da su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə yeni xətlərin çəkilişi davam etdirilir. Son aylarda rayon ərazisində 15 800 m su xətti, 6 650 m kanalizasiya xətti o cümlədən, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində 4 000 m su xətti, 150 m kanalizasiya xətti, Nizami, Əzizbəyov, M.Bəydəmirov küçələrində 3 500 m, 3-cü Mədən küçəsində 1 100 m su xətti çəkilmişdir. Hazırda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrini əhatə edəcək 800 mm diametrlik 2 900 metr uzunluğunda yeni kanalizasiya xəttinin çəkilişi layihəsi davam etdirilir.

 

Keçidlər