Şriftin ölçüsü :

Saytın rəngi :

Online qaydada aparılan rəsm müsabiqəsinin qalibləri mukafatlandırılmışdır

01 iyun 2020 | 16:00

Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, ictimai xadim, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümü münasibəti ilə, eyni zamanda bütün dünyada olduğu kimi ölkəmizdə koronavirus pandemiyasının yayılması və həkimlərin bu sahədə əməklərinin əvəzsiz qiymətləndirilməsi məqsədi ilə, Suraxanı rayon məktəbliləri arasında “Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Onlayn qaydada aparılan rəsm müsabiqəsinə 35-dən çox məktəbli qoşulmuşdur. Öz rəsmlərini videoçarxlar vasitəsilə təqdim edən şagirdlərdən 15 nəfəri ilkin mərhələyə daxil olmuş, yekun nəticəni elan etmək üçün Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundovanın iştirakı ilə onlayn konfrans keçirilmişdir. Onlayn görüş zamanı qaliblər elan olunmuş və mövzu ətrafında maraqlı söhbətlər aparılmışdır. Online qaydada aparılan rəsm müsabiqəsinin qalibləri “1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə mukafatlandırılmışdır. 

 

Keçidlər