Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda dezinfeksiya işləri davam etdirilir.

30 may 2020 | 16:00

Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində əhalinin sağlamlığının qorunması məqsədilə Suraxanı rayonunda dezinfeksiya işləri davam etdirilir. Xüsusi texnika və mütəxəssislərin iştirakı ilə küçələr dezinfeksiyaedici məhlullarla yuyulur, səkilər, məhəllələr, çoxmənzilli yaşayış binalarının ətrafı, girişləri, parklar, avtomobil dayanacaqları dezinfeksiya edilir.
Mayın 30-da növbəti dezinfeksiya işləri Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə, Əmircan qəsəbəsi, Balandin, Park, Atamoğlan Rzayev, Yeni Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçələrində, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsi Mərkəzi yolda və digər ərazilərdə aparılmışdır.

 

 

Keçidlər