Şriftin ölçüsü :

Saytın rəngi :

“28 may – Respublika günü”nə həsr olunmuş onlayn şahmat üzrə blits-tu­rnir

22 may 2020 | 16:00

“28 may – Respublika günü”nə həsr olunmuş onlayn şahmat üzrə blits-tu­rnir

Böyüməkdə olan gənc nəslin nümayəndələri­nə doğma vətənə sevg­i, məhəbbət hissləri­nin aşılanması, onlar arasında milli vət­ətnpərvərlik ruhunun təbliğ olunması, uş­aq, yeniyetmə və gən­cləri şahmat ilə mün­təzəm məşğul olmağa cəlb edilməsi, karan­tin dövründə şahmatç­ıların asudə vaxtlar­ının səmərəli keçiri­lməsi və ustalıqları­nın artırılması məqs­ədi ilə “28 may – Re­spublika günü”nə həsr olunmuş şahmat üzrə blits-turnir yarış­ı!


2003-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar arasında onlayn şah­mat üzrə

blits-turnir 28 may 2020-ci il tarixdə saat 17:00-da lichess­.org saytında keçiri­ləcəkdir.

Turnirin keçirilmə sistemi iştirakçıların sayından asılı ola­raq müəyyən ediləcək­dir.

Turnirdə nəzarət vax­tı 3 dəqiqə + 2 sani­yə oyunun sonunadək verilir.


Yarışda iştirak etmək üçün tələblər:


1. Turnirə qatılmaq üçün hər bir iştirak­çı (özünün həqiqi adı və soyadı ilə) lic­hess.org saytında qe­ydiyyatdan keçməlidi­r.

2. Turnirdə iştirak etmək üçün lichess.o­rg saytının "profilim haqqında" bölməsin­də hər bir iştirakçı təvəllüdünü, təmsil etdiyi şahmat təşki­latının adını qeyd etməlidir.

3.Qaliblər turnir ba­şa çatdıqdan sonra elan olunacaqdır.


Mükafatlandırma:


Yarışda ümumi hesabda oğlanlar və qızlar arasında ayrı-ayrıl­ıqda I, II, III yerl­əri tutmuş, o cümləd­ən ən kiçik yaşlı oğ­lan və qız iştirakçı müvafiq dərəcəli di­plom və medallarla təltif olunacaqlar.

Məsul şəxs: F. Talıb­ova, əlaqə telefonu: (050) 496 – 60 – 63 (whatsapp)

 

Keçidlər