Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda xüsusi karantin rejiminə nəzarət gücləndirildi

30 mart 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Suraxanı rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi gücləndirilib.
30 mart 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.
Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb.
Bundan əlavə, rayon ərazisindəki bütün istirahət parkları lentlərlə bağlanılaraq giriş məhdudlaşdırılıb, o cümlədən abad məhəllələrdə sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan, uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulub. Rayonun bütün qəsəbələrində gündəlik olaraq dezinfeksiya işləri aparılır.

Keçidlər