Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda dezinfeksiya işləri intensivləşdirilmişdir

29 mart 2020 | 16:00

Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Suraxanı rayonu ərazisində xüsusi ayrılmış texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar da yuyularaq dezinfeksiya edilir. Həmçinin, rayonda çoxmənzilli yaşayış binalarının girişlərində və onların həyətlərində, qeyri-yaşayış obyektlərində, parklarda dezinfeksiya işləri intensivləşdirilmişdir. Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq xahiş olunur.

 

Keçidlər