Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır

21 mart 2020 | 16:00

Hörmətli sakinlərimiz !

Koronavirus infeksiyasına (COVİD-19) yoluxma hallarının qarşısının alınması məqsədilə Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır və davamlı olaraq həyata keçiriləcəkdir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımıza diqqətli olmağı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyi, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyi, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirik.

Keçidlər