Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü qeyd edildi

13 fevral 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Xidmətin yaranmasının 8-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələrin sədrləri, Xidmətin rayon İdarəsinin əməkdaşları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xidmətin əməkdaşlarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8-ci ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Əziz Əzizov xüsusi vurğulayıb ki, bu gün ordumuz möhtərəm  Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bir göstərişi ilə istənilən an ərazilərimizi azad etməyə hazırdır. 2016-cı il aprelində Milli Ordumuzun əsgər və zabitləri erməni təxribatına tutarlı cavab verməklə Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha təsdiq etdi.
Bu qəhrəman oğullarımızın hamısının Milli ordumuza yolu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən başlamışdır.
Təntənəli şəkildə çağırışçıların həqiqi hərbi xidmətə yola salınmasına və həqiqi hərbi xidmətdən tərxis olunanların qarşılanmasına həsr olunmuş tədbirlərin keçirilməsi rayonda ənənə şəklini alıb. 
Tədbirdə Xidmətin rayon İdarəsinin bir qrup əməkdaşı qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.
Tədbirdə rayon Məhkəməsinin sədri Kəramət Əliyev çıxış edərək Xidmətin əməkdaşlarını təbrik etdi. Xidmətin Suraxanı rayon İdarəsinin rəsi Qəşəm Mahmudov göstərilən diqqətə görə təşəkkür etdi. Fərqlənən Gənclərin çağırışa hazırlıq müəllimlərinə Fəxri Fərman və  müsabiqə qalibi olmuş şagirdlərə qiymətli hədiyyə  təqdim oundu.

Keçidlər