Şriftin ölçüsü :

Saytın rəngi :

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Suraxanıda xüsusi texnika hazır vəziyyətə gətirilib

08 fevral 2020 | 16:00

Fevralın 9-u və 10-u tarixlərində Bakıda güclü şimal küləyinin əsməsi, sulu qar və qar yağması  gözlənilir. Yolların buz bağlaması ehtimalı var.
Bununla əlaqədar Suraxanı rayonunda lazımi tədbirlər görülmüş, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi texnikası, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilmişdir. Kifayət qədər duz ve qum  ehtiyatı hazırlanıb. Həmin günlər rayonun kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaq.
Rayon İcra Hakimiyyəti sakinlərə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı və digər təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir.

Keçidlər