Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Yeni Günəşli “AB” massivinin sakinləri ilə görüşdü

06 fevral 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Günəşli “AB” massivində keçirib. 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə 279 nömrəli məktəbin akt zalında təşkil olunan səyyar görüş-qəbulda rayon rəhbəri sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət edən qərarlar barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter daşıyır.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Rayonun bütün qəsəbələrində asfaltlanmağa ehtiyacı olan küçələr və məhələdaxili yollar mərhələli şəkildə asfaltlanır, ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Artıq Yeni Suraxanı qəsəbəsində küçələrin əksəriyyəti asfaltlanıb. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri asfaltlanır. Qulu Quliyev və Tahir Bağırov küçələri asfalt vurulmasına hazırlanır. Qaraçuxur və Hövsan qəsəbələrində bəzi küçələr asfaltlanır, çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, yeni abad həyətlər salınır.
Sakinlər rayonda həyata keçirilən abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Əziz Əzizova müraciətlər ediblər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən çoxmərtəbəli kooperativ binaların fasadlarının, dam örtüklərinin təmiri, giriş qapılarının və liftlərin yenilənməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması, suyun fasiləsiz verilməsi məsələlərinə aydınlıq qətirdi.

 

Keçidlər