Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Yeni Suraxanı sakinləri ilə görüşdü

09 yanvar 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Yeni Suraxanı qəsəbəsində keçirib. 316 nömrəli tam orta məktəbinakt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edib.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirib.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə yeni kanalizasiya və su şəbəkələri qurulur. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, abad həyətlər salınır,  ağaclar budanır, qurumuş ağaclar kəsilir. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Rayon rəhbəri sakinləri narahat edən kanalizasiya şəbəkəsinin qurulması, yolların asfaltlanması, marşrut avtobuslarının xətlərinin uzadılması, ərazidə ATS-in qurulması və digər məsələlərə aydınlıq qətirdi.

 

 

Keçidlər