Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası uğurla başa çatdı

21 noyabr 2019 | 16:00

Suraxanı rayonunun 40 nümunəvi şagirdinin noyabrın 18-21-də  Gəncə-Şəmkir-Göygöl istiqamətində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici  tur-aksiyası uğurla yekunlaşdı.
Məktəblilər üç gün ərzində Gəncə, Şəmkir və Göygölün sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı şagirdlərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətarflı məlumat verilib.
21 noyabr tarixdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici  tur-aksiyada iştirak edən Suraxanı məktəblilərinin rayonun Heydər Əliyev parkında təntənəli qarşılanma mərasimi oldu.
Tur-aksiya iştirakçıları sevinclərini bölüşdülər və şagirdlərə belə bir imkan yaratdığına görə, dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.

 

 

 

 

Keçidlər