Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov sakinlərlə növbəti görüşünü Hövsan qəsəbəsində keçirtdi

21 noyabr 2019 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü 21 noyabr 2019-cu il tarixdə Hösan qəsəbəsində keçirtdi. 76 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Hövsan bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Rayon rəhbəri görüşün əvvəlində qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları operativ həll etməkdir.
Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Əziz Əzizov sakinlərə ölkə başçısının sosial paketi barədə tam dolğunluğu ilə məlumat verilərək vurğuladı ki, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başlamışdır. Bu mərhələdə minimum aylıq əməkhaqqı 250 manata çatdırılmış, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılmışdır. İkinci sosial paket çərçivəsində həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq. Sosial islahatlar uğurla davam edir.
Rayon rəhbəri bildirmişdir ki, rayonda, binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, çoxmərtəbəli binaların liftləri təzələnir, yollarda təmir-bərpa işləri aparılır. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.
Rayon sakinləri Bakı şəhərində, o cümlədən Suraxanı rayonunda, Hövsan qəsəbəsində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov müraciət edən bir qrup məcburi köçkünün 311 nömrəli uşaq bağçasında məskunlaşdıqları yerə baxış keçirtdi, digər vətəndaşların problemləri ilə yerində tanış oldu.

 

 

Keçidlər