Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda abadlıq işlərinə start verilmişdir

16 noyabr 2019 | 16:00

Rayonun Qaraçuxur qəsəbəsində Şərq yaşayış sahəsi 12-ci döngə küçəsində yaşayan sakinlərə su və kanalizasiya xətləri çəkildikdən sonra uzunluğu bir kilometrdən çox, eni səkkiz metr olan küçənin asfaltlanmasına başlanılmışdır. İşlərin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şərq yaşayış sahəsi 12-ci döngə küçəsində sakinlərlə görüşmüş və onları narahat edən məsələlərlə maraqlanmışdır. Sakinlər küçələrinin abadlaşdırılmasından razılıq etmiş və dövlət başçısına hər bir vətəndaşın qayğısına qaldığına görə minnətdarlıqlarını bildirmişlər.
Rayonun bütün qəsəbələrində abadlıq-quruculuq işlərinin aparılması nəzərdə tutulmuşdur.

 

Keçidlər