Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Günəşli “D” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

12 sentyabr 2019 | 16:00

12 sentyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsi, Samir Cəfərov küçəsinin sakinləri ilə 285 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin əvvəlində qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verilək bildirildi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir.
Sakinlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verildikdən sonra Suraxanı rayonunda, o cümlədən Qaraçuxur qəsəbəsində, Yeni Günəşli yaşayış sahəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri barədə məlumat sakinlərin diqqətinə çatdırıldı.
Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

Keçidlər