Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ilə bağlı işgüzar görüş keçirilmişdir

24 iyul 2019 | 16:00

24 iyul 2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 01 noyabr tarixli 637 nömrəli sərəncamının və 2019-cu il 07 fevral tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı işgüzar görüş keçirilmişdir.
İşgüzar görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, İqtisadiyyat Nazirliyinin, Suraxanı, Xəzər, Pirallahı və Sabunçu Rayon İcra hakimiyyətləri başçılarının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, qəsəbə bələdiyyələrinin sədrləri, eləcədə həmin rayonların epidemiologiya mərkəzlərinin, Mənzil-Kommunal Təsərrüfatı birliklərinin və aidiyyəti qurumlarının nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının iqtisadi potensialından səmərəli istifadə olunması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, habelə insanların sağlamlığının təmin edilməsi üçün ölkədə kommunal xidmətlərin yaxşılaşdırılmasına, xüsusən bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi işinin müasir standartlara cavab verən tərzdə qurulmasına əlverişli şərait yarandığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamları, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində beynəlxalq investisiyalar cəlb etməklə təhlükəli (o cümlədən radioaktiv) tullantıların yığılması, yerləşdirilməsi və zərərsizləşdirilməsi üçün poliqonlar yaradıldığını bildirmiş və bu sahədə Suraxanı rayonunda görülmüş işlər, mövcud vəziyyət və problerlər barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev görüşün keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirərək bu sahədə artıq 10 tədbirin keçirildiyini və ölkədə ekoloji sahədə həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat vermişdir.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Türkən Kərimzadə “Bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübədən istifadə olunması imkanları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Əlişah Rəcəbov Suraxanı, Sabunçu, Xəzər və Pirallahı rayonlarında bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət, problemlər və həll yolları,  İqtisadiyyat Nazirliyinin Ətraf mühit və əməyin mühafizəsi  şöbəsinin müdiri Səbuhi Babayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlər mövzularında çıxış etmişlər.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbirdə çıxış edərək Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasına əsasən ilk olaraq pilot layihə kimi Nərimanov rayonunun seçildiyini və bu sahədə böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırmışdır.
Çıxışlardan sonra mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Görüş iştirakçıları bu cür tədbirlərin hər bir idarə, müəssisə və təkilatlarda keçirilməsinin vacibliyini, əhali arasında maarifləndirmə işinin gücləndirilməsini xüsusi qeyd etmişlər.
Sonda İlqar Abbasov vurğulamışdır ki, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə ekologiyanın təmizlənməsinə, məişət tullantılarının isə gəlir mənbəyinə çevrilməsinə səbəb olacaqdıq.

Keçidlər